вторник, 6 сентября 2016 г.
среда, 24 августа 2016 г.
Tarix klubu.: İxtiralar və kəşflər.
Tarix klubu.: İxtiralar və kəşflər.: İnsan şüurunun inkişafı sonsuz bir prosesdir və bu proses böyük ixtiralara və kəşflərə səbəb olmuşdur. İxtira insan beyninin və əməyinin ...
четверг, 9 июня 2016 г.
воскресенье, 5 июня 2016 г.
Coğrafi oyun-plan.şərti işarələr.
<iframe src="//LearningApps.org/watch?v=pr3p73hxk16" style="border:0px;width:100%;height:500px" webkitallowfullscreen="true" mozallowfullscreen="true"></iframe>
среда, 4 мая 2016 г.
вторник, 3 мая 2016 г.
Gəlin təkliflər planindan
əvvəl Balakən rayonunun təbii şəraiti və təbii ehtiyatları ilə tanış
olaq.Azərbaycanın şimal-qərbində Böyük Qafqazın cənub yamaclarında 923 km²
ərazisi olan Balakən rayonunun əhalisi 95 min nəfərə yaxındır.
Balakənin çox böyük potensialı,perspektivi var.Ona görə ki, bu rayon həm gözəl təbiətə malikdir,həm də faydalı qazıntılarla, meşə örtüyü, dərman bitkiləri, xammal ehtiyatları ilə zəngindir.
Balakən rayonunda Filizçay( Avropada
ən iri yataqlardan biri ),Tenros, Katsdağ və Katex kolçedan polimetal
yataqları əlvan metallurgiya üçün qiymətli xammal mənbəyidir.Bu
yataqların istismarı Respublikamızın iqtisadi inkişafında,əhalinin
məşğulluğunun artmasında mühüm rol oynaya bilər.
Balakən rayonunun
meşələrində təbabət əhəmiyyətli 150 növ dərman bitkisinin 80 növünün ehtiyyatı
lap çoxdur. Bunlardan itburnu, altey (gülxəmi) dağ zanbağı, yemişan, kəndəlaş,
yarpız, nanə, kar gicitkən, andız,qızılçətir,baldırğan,biyan,göyəm,dazı otu,
kalina, üçyarpaq yonca, zirinc, çay tikanı, qaragilə, qafqaz rododendromu
(jenşen), moruq, böyürtkən, kəklik otu, çobanyastığı, bağayarpağı, əvəlik,
razyana,zəncirotu,qanqal və s. göstərmək olar.Zəngin ehtiyatlara malik Balakən
meşələrində fıstıq, palıd, şabalıd, ağ şam, qara şam, cökə, vələs, qoz,
qızılağac, qovaq, yalanqoz, göyrüş, fındıq, qafqaz xurması, və s. ağaclar
bitir,yabanı qida bitkilərindən armud, alma, fındıq, zoğal, nar, sumaq, əzgil,
yemişan, alça və s. qeyd etmək olar. Rayon müxtəlif ev
heyvanları,ov heyvanları və quşları ilə zəngindir. Həmçinin rayonun çay, nohur
və göllərində müxtəlif növ çay və göl balıqları vardır.
Müalicə və
süfrə suları istehsalı məqsədi ilə istifadə oluna biləcək təbii süfrə suları və
kükürdlü sular mövcuddur.
Ən hündür
dağların zirvələri avqust ayına qədər qarlı olur. Bu da dağ turizminin,
alpinizminin, dağ idman növlərinin inkişafına şərait yaradır.Katexçayşəlaləsi,İmambulaq,Arılıq,Qaraçay,
Balakən
çoxsahəli təsərrüfata malikdir. Burada tütünçülük, baramaçılıq, arıçılıq,
meyvəçilik (əsasən qərzəkli meyvəçilik) daha çox inkişaf edib. İqtisadiyyatında
heyvandarlıq və taxılçılıq da mühüm yer tutur. Balakən ölkənin ən çox qarğıdalı
tədarük edən rayonudur. Sənayesi əsasən kənd təsərrüfatı məhsullarını emal
edir. Rayonda tütün fermentləşdirmə, konserv zavodları, fındıq emalı
müəssisəsi, kərpic zavodu, istehsalat və meşə kombinatları var.
Rayonda ənənəvi xalq sənətləri -
xalçaçılıq,ipəkçilik,dulusçuluq, misgərlik, ağacdan naxışlı şəbəkə
hazırlanması, ağac üzərində oyma və Azərbaycanda nadir peşə sayılan “tambur”
tikişi - tünd fonda əlvan ipək sapla mürəkkəb, ecazkar naxışlar salınması kimi
peşələr qədimdən yaxşı inkişaf etmişdir.Şəki
ipəyinin, kəlağayısının şöhrəti nəinki Şərqə, hətta Avropaya da
yayılmışdır.
Rayonda hər il
abadlıq, quruculuq, tikinti, səhiyyə, təhsil,
mədəniyyət, idman, əhalinin məşğulluğunun təminatı
sahələrində də müəyyən işlər görülür.
Regionlarda
əhalinin səmərəli məşğulluğunun təmin edilməsi onların həyat
səviyyəsi yüksəldilməsi, əhalinin miqrasiyasının qarşısının
alınması normal təbii-təkrar istehsalı prosesinin həyata keçirilməsi, iş
yerlərinə olan tələb və təklif arasındakı qeyri-normal nisbətlərin aradan
qaldırılması mexanizminin işlənib hazırlanması və həyata keçirilməsindən çox
asılıdır.
Əhalinin məşğulluq səviyyəsinin
yüksəldilməsi və işsizlik səviyyəsinin azaldılması sahəsində əldə olunmuş
nailiyyətlərin əsas səbəblərindən biri də ölkə iqtisadiyyatına investisiya
qoyuluşunun artması ilə bağlıdır.
Bunun üçün rayonda xarici investisiyalı və birgə müəssisələrin,
kiçik biznesin, fərdi və xüsusi müəssisələrin inkişafına lazımi diqqət
yetirilməli və ona dövlət qayğısı artırılmalıdır.
Rayonumuzun uğurlu inkişafı üçün, ilk növbədə, iqtisadiyyat
inkişaf etməlidir.
Rayonun əhalisinin güzəranı və rifah
halının yaxşılaşdırılması, sahibkarlığın daha da inkişafı, sənaye,
iqtisadi potensialının gücləndirilməsi üçün əlavə təkliflər planı:
Şindiyeva Elvira
Rayonumuz dərman bitkiləri
ilə zəngindir.Rayonda hər bir həyətdə alaq otlara rast gəlmək mümkündür.Bizdə
bu alaq otların olması həyəti baxımsız göstərir.Amma alaq dediyimiz otların əhəmiyyəti
təsəvvür etdiyimizdən də böyükdür. Adətən xəstələnəndə pul verib aptekdən baha
qiymətə bu dərmanları alırıq,ətrafımızdakı dəyərli bitkilərdən istifadə etmirik.Təklifim budur ki,bu bitkilərin tədarükü
,qablaşdırılması bir sözlə istehsalı üçün şərait yaradılsın.
Rayonumuzda buğda ,qarğidalı kimi dənli
bitkilər, qərzəkli meyvələr,xurma,karalyok,alma,armud və s kimi xeyirli
meyvələr yetişir.Fındığın qərzəxindən mebel hazırlamaq olar.Payızda
xurma kimi meyvələr ağaclarda batır.Yaxşı olardı ki,meyvələrin
qurudulması,konservləşdirilməsi üçün sənaye müəssisələri açılardı və əhalinin
işsizliyi aradan götürülərdi.
Əfəndiyeva
Nurcan
Gündəlik olaraq planetimizdə minlərlə ton
lazımsız material atılır. Bu, müxtəlif əşyalardan ibarət, tərkibinə qiymətli
metalların, şüşə konteynerlərin, kağızın, plastik və qida qalıqlarının daxil
olduğu qarışıqdır. Bununla yanaşı bu tərkibdə ətraf mühitə neqativ təsir edən
təhlükəli tullantılar da var.Orta hesabla hər rayon sakini ildə 300 kq məişət
tullantısı atır.Bu rəqəmi əhalinin sayına vursaq tullantının miqdarını alarıq.
Biz işlətmədiyimiz, lazım olmayan karton, kağız,plastik,şüşə və metalları
çox vaxt yola,çaya, dənizlərə,zibilliyə atırıq.Bu cur tullantılar torpaqda
olduğu kimi qalır və torpağa qarışmır.Həm suyu həm də ətraf aləmi çirkləndirmiş
oluruq.Bunun üçün hər tullantı üçün ayrı ayrı qutular qoyulmalıdır.Daxil
olan tullantılar müxtəlif kateqoriyalar: kağız, metal, plastik və s. üzrə
çeşidlənməli və yenidən istehsala
göndərilməlidir.Məişət tullantılarının emalı üç prosesdən ibarətdir –
çeşidləmə və ikinci dəfə emala yollanma; yandırma; xüsusi poliqonda basdırılma.
Düşünürəm ki, bu yolla həm rayonumuzda yeni
iş yeri açıla bilər, həm də rayonumuz abad ,ekoloji cəhətdən təmiz rayon ola
bilər.
Məmmədov Cavid
Rayonumuzda
heyvandarlığın(,maldarlıq,qoyunçuluq,arıçılıq,quşçuluq,balıqçılıq) inkişafı
üçün əlverişli şərait mövcuddur.Bunun üçün heyvandarlıq inkişaf etdirilməli və
əhalinin tələbatı ödənilməlidir.Heyvanın ətindən müxtəlif konservləşdirilmiş
məhsullar hazırlayan müəssisə, südündən süd məhsulları hazırlayan müəssisə,yağ
müəssisəsi,heyvan dərisindən gön-dəri emalı ,yunundan yun emalı müəssisəsi
yaratmaq olar. 
Rayonun təbii şəraiti
tütünçuluk,baramaçılıq kimi sahələrin inkişafına imkan verir.Yaxşı olar ki,ipək
parçanı uzaq uzaq ölkələrdən almayaq özümüzdə şərait yaradaq.Niyə bizdə təbii
şərait,xammal,əmək ehtiyyatı,istehlak ola istehsal olmaya?Təklif edərdim
ki,ölkəmizdə pambiqçılıq ,baramaçılıq ,yunla toxuma inkişaf etsin hazır
geyimlər hazırlansın ,yüngül sənaye inkişaf etsin,əhalinin məşğuliyyəti artsın.
Mamedov
Məhəmməd
Ölkəmiz
o cümlədən rayonumuz mineral sularla,təbii bulaqlarla zəngindir.Yaxşı olardı ki,mineral suların
istehsalı ilə məşgul olan mineral sudoldurma zavodları fəaliyyət göstərsin.
Rayonun bütün potensialının gücləndirilməsi
üçün səhiyyə, təhsil, idman, mədəniyyət, turizm, sənaye sahələrində zəruri
tədbirlər görülməlidir. Son illər ərzində burada aparılan işlər nəticəsində
Balakənin siması dəyişib, şəhər gözəlləşib,
müasirləşib. Dünya səviyyəli inkişaf etmiş şəhərlərin sırasına daxil edilib.
Nəzərə alsaq ki, Balakənin çox gözəl təbiəti, gözəl təbii şəraiti var, bu,
doğrudan da dünya miqyasında özünün xüsusi yeri olan bir şəhərdir.
" Biz qara qızılı insan kapitalına çevirməliyik.Yalnız yüksək səviyyəli texnoloji tərəqqiyə ,yüksək səviyyəli təhsilə nail olmaqla inkişaf etmiş ölkəyə çevrilmək mümkündür"
Подписаться на:
Сообщения (Atom)