вторник, 3 мая 2016 г.

Gəlin  təkliflər planindan əvvəl  Balakən rayonunun təbii şəraiti və təbii ehtiyatları ilə tanış olaq.Azərbaycanın şimal-qərbində Böyük Qafqazın cənub yamaclarında 923 km² ərazisi olan  Balakən rayonunun əhalisi 95 min nəfərə yaxındır. 

Balakənin çox böyük potensialı,perspektivi var.Ona görə ki, bu rayon həm gözəl təbiətə malikdir,həm də faydalı qazıntılarla, meşə örtüyü, dərman bitkiləri, xammal ehtiyatları ilə zəngindir.
Balakən rayonunda Filizçay(  Avropada ən iri yataqlardan biri ),Tenros, Katsdağ və Katex kolçedan polimetal yataqları əlvan metallurgiya üçün qiymətli xammal mənbəyidir.Bu yataqların istismarı Respublikamızın iqtisadi inkişafında,əhalinin məşğulluğunun artmasında mühüm rol oynaya bilər.
Balakən rayonunun meşələrində təbabət əhəmiyyətli 150 növ dərman bitkisinin 80 növünün ehtiyyatı lap çoxdur. Bunlardan itburnu, altey (gülxəmi) dağ zanbağı, yemişan, kəndəlaş, yarpız, nanə, kar gicitkən, andız,qızılçətir,baldırğan,biyan,göyəm,dazı otu, kalina, üçyarpaq yonca, zirinc, çay tikanı, qaragilə, qafqaz rododendromu (jenşen), moruq, böyürtkən, kəklik otu, çobanyastığı, bağayarpağı, əvəlik, razyana,zəncirotu,qanqal və s. göstərmək olar.Zəngin ehtiyatlara malik Balakən meşələrində fıstıq, palıd, şabalıd, ağ şam, qara şam, cökə, vələs, qoz, qızılağac, qovaq, yalanqoz, göyrüş, fındıq, qafqaz xurması, və s. ağaclar bitir,yabanı qida bitkilərindən armud, alma, fındıq, zoğal, nar, sumaq, əzgil, yemişan, alça və s. qeyd etmək olar. Rayon müxtəlif  ev heyvanları,ov heyvanları və quşları ilə zəngindir. Həmçinin rayonun çay, nohur və göllərində müxtəlif növ çay və göl balıqları vardır.
Müalicə və süfrə suları istehsalı məqsədi ilə istifadə oluna biləcək təbii süfrə suları və kükürdlü sular mövcuddur.
Ən hündür dağların zirvələri avqust ayına qədər qarlı olur. Bu da dağ turizminin, alpinizminin, dağ idman növlərinin inkişafına şərait yaradır.Katexçayşəlaləsi,İmambulaq,Arılıq,Qaraçay,
Mazımqara,Mirovoya Voda,Bağman bulağı və s rayonumuzun gəzməli görməli yerlərindəndir. 
Balakən çoxsahəli təsərrüfata malikdir. Burada tütünçülük, baramaçılıq, arıçılıq, meyvəçilik (əsasən qərzəkli meyvəçilik) daha çox inkişaf edib. İqtisadiyyatında heyvandarlıq və taxılçılıq da mühüm yer tutur. Balakən ölkənin ən çox qarğıdalı tədarük edən rayonudur. Sənayesi əsasən kənd təsərrüfatı məhsullarını emal edir. Rayonda tütün fermentləşdirmə, konserv zavodları, fındıq emalı müəssisəsi, kərpic zavodu, istehsalat və meşə kombinatları var.
Rayonda ənənəvi xalq sənətləri - xalçaçılıq,ipəkçilik,dulusçuluq, misgərlik, ağacdan naxışlı şəbəkə hazırlanması, ağac üzərində oyma və Azərbaycanda nadir peşə sayılan “tambur” tikişi - tünd fonda əlvan ipək sapla mürəkkəb, ecazkar naxışlar salınması kimi peşələr qədimdən  yaxşı inkişaf etmişdir.Şəki ipəyinin, kəlağayısının şöhrəti nəinki Şərqə, hətta Avropaya da yayılmışdır. 
Rayonda hər il abadlıq, quruculuq, tikinti, səhiyyə, təhsil, mədəniyyət, idman, əhalinin məşğulluğunun təminatı sahələrində də müəyyən işlər görülür.
Regionlarda əhalinin səmərəli məşğulluğunun təmin edilməsi onların həyat səviyyəsi  yüksəldilməsi, əhalinin miqrasiyasının qarşısının alınması  normal təbii-təkrar istehsalı prosesinin həyata keçirilməsi,  iş yerlərinə olan tələb və təklif arasındakı qeyri-normal nisbətlərin aradan qaldırılması mexanizminin işlənib hazırlanması və həyata keçirilməsindən çox asılıdır. 
Əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi və işsizlik səviyyəsinin azaldılması sahəsində əldə olunmuş nailiyyətlərin əsas səbəblərindən biri də ölkə iqtisadiyyatına investisiya qoyuluşunun artması ilə bağlıdır.
Bunun üçün rayonda xarici investisiyalı və birgə müəssisələrin, kiçik biznesin, fərdi və xüsusi müəssisələrin inkişafına lazımi diqqət yetirilməli və ona dövlət qayğısı artırılmalıdır.
 Rayonumuzun uğurlu inkişafı üçün, ilk növbədə, iqtisadiyyat inkişaf etməlidir.
Rayonun əhalisinin güzəranı və rifah halının yaxşılaşdırılması, sahibkarlığın daha da inkişafı, sənaye, iqtisadi potensialının gücləndirilməsi üçün əlavə təkliflər planı:
Şindiyeva Elvira
Rayonumuz dərman bitkiləri ilə zəngindir.Rayonda hər bir həyətdə alaq otlara rast gəlmək mümkündür.Bizdə bu alaq otların olması həyəti baxımsız göstərir.Amma alaq dediyimiz otların əhəmiyyəti təsəvvür etdiyimizdən də böyükdür. Adətən xəstələnəndə pul verib aptekdən baha qiymətə bu dərmanları alırıq,ətrafımızdakı dəyərli bitkilərdən istifadə etmirik.Təklifim budur ki,bu bitkilərin tədarükü ,qablaşdırılması bir sözlə istehsalı üçün şərait yaradılsın.
Rayonumuzda  buğda ,qarğidalı kimi dənli bitkilər, qərzəkli meyvələr,xurma,karalyok,alma,armud və s kimi xeyirli  meyvələr  yetişir.Fındığın qərzəxindən mebel hazırlamaq olar.Payızda xurma kimi meyvələr ağaclarda batır.Yaxşı olardı ki,meyvələrin qurudulması,konservləşdirilməsi üçün sənaye müəssisələri açılardı və əhalinin işsizliyi aradan götürülərdi.


Əfəndiyeva Nurcan
                   Gündəlik olaraq planetimizdə minlərlə ton lazımsız material atılır. Bu, müxtəlif əşyalardan ibarət, tərkibinə qiymətli metalların, şüşə konteynerlərin, kağızın, plastik və qida qalıqlarının daxil olduğu qarışıqdır. Bununla yanaşı bu tərkibdə ətraf mühitə neqativ təsir edən təhlükəli tullantılar da var.Orta hesabla hər rayon sakini ildə 300 kq məişət tullantısı atır.Bu rəqəmi əhalinin sayına vursaq tullantının miqdarını alarıq.
 Biz işlətmədiyimiz, lazım olmayan karton, kağız,plastik,şüşə və metalları çox vaxt yola,çaya, dənizlərə,zibilliyə atırıq.Bu cur tullantılar torpaqda olduğu kimi qalır və torpağa qarışmır.Həm suyu həm də ətraf aləmi çirkləndirmiş oluruq.Bunun üçün  hər tullantı üçün ayrı ayrı qutular qoyulmalıdır.Daxil olan tullantılar müxtəlif kateqoriyalar: kağız, metal, plastik və s. üzrə çeşidlənməli və yenidən istehsala göndərilməlidir.Məişət tullantılarının emalı üç prosesdən ibarətdir – çeşidləmə və ikinci dəfə emala yollanma; yandırma; xüsusi poliqonda basdırılma.
Düşünürəm ki, bu yolla həm rayonumuzda yeni iş yeri açıla bilər, həm də rayonumuz abad ,ekoloji cəhətdən təmiz rayon ola
bilər. 
Məmmədov Cavid
Rayonumuzda heyvandarlığın(,maldarlıq,qoyunçuluq,arıçılıq,quşçuluq,balıqçılıq) inkişafı üçün əlverişli şərait mövcuddur.Bunun üçün heyvandarlıq inkişaf etdirilməli və əhalinin tələbatı ödənilməlidir.Heyvanın ətindən müxtəlif konservləşdirilmiş məhsullar hazırlayan müəssisə, südündən süd məhsulları hazırlayan müəssisə,yağ müəssisəsi,heyvan dərisindən gön-dəri emalı ,yunundan yun emalı müəssisəsi yaratmaq olar. 

Rayonun təbii şəraiti tütünçuluk,baramaçılıq kimi sahələrin inkişafına imkan verir.Yaxşı olar ki,ipək parçanı uzaq uzaq ölkələrdən almayaq özümüzdə şərait yaradaq.Niyə bizdə təbii şərait,xammal,əmək ehtiyyatı,istehlak ola istehsal olmaya?Təklif edərdim ki,ölkəmizdə pambiqçılıq ,baramaçılıq ,yunla toxuma inkişaf etsin hazır geyimlər hazırlansın ,yüngül sənaye inkişaf etsin,əhalinin məşğuliyyəti artsın.
Mamedov Məhəmməd
Ölkəmiz o cümlədən rayonumuz mineral sularla,təbii bulaqlarla  zəngindir.Yaxşı olardı ki,mineral suların istehsalı ilə məşgul olan mineral sudoldurma zavodları fəaliyyət göstərsin. 
İqtisadi böhrandan çıxmaq üçün əhali də təşəbbüskarlığı artırmalı, problemlərin həllində dövlətə yardım etməlidir. İndiki mürəkkəb şəraitdə bütün imkanlar səfərbər olmalıdır. Biz inamla inkişafa doğru gedirik və buna nail olacağıq.
Rayonun bütün potensialının gücləndirilməsi üçün səhiyyə, təhsil, idman, mədəniyyət, turizm, sənaye sahələrində zəruri tədbirlər görülməlidir. Son illər ərzində burada aparılan işlər nəticəsində Balakənin siması dəyişib, şəhər gözəlləşib, müasirləşib. Dünya səviyyəli inkişaf etmiş şəhərlərin sırasına daxil edilib. Nəzərə alsaq ki, Balakənin çox gözəl təbiəti, gözəl təbii şəraiti var, bu, doğrudan da dünya miqyasında özünün xüsusi yeri olan bir şəhərdir. 



" Biz qara qızılı insan kapitalına çevirməliyik.Yalnız yüksək səviyyəli texnoloji tərəqqiyə ,yüksək səviyyəli təhsilə nail olmaqla inkişaf etmiş ölkəyə çevrilmək mümkündür"